Minimum aylıq əməkhaqqı 250 manat müəyyən edilib - SƏRƏNCAM

  • 18 İyun, 2019 20:07
Minimum aylıq əməkhaqqı 250 manat müəyyən edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

"Finans.az" xəbər verir ki, sərəncamla minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib.

Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.