Mineralnıye Vodı-Bakı aviareysi üzrə uçuşlara başlanılıb

  • 3 iyun, 2021 10:36
Mineralnıye Vodı-Bakı aviareysi üzrə uçuşlara başlanılıb

Rusiyanın "Ural Airlines" aviaşirkəti Mineralnıye Vodı-Bakı və əks istiqamətdə birbaşa uçuşlara başlayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportundan "Finans.az"a verilən məlumata görə, bu gün yerli vaxtla saat 7:15-də Mineralnıye Vodı-Bakı aviareysi üzrə ilk uçuş həyata keçirilib, hazırda isə təyyarə əks istiqamətdə aviareysi yerinə yetirməyə hazırlaşır.

"Uçuşlar həftədə bir dəfə – IV günlər "Airbus" təyyarələri ilə yerinə yetirilir", - hava limanından bildirilib.

Qeyd edək ki, hazırda Bakıdan Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Samara, Novosibirsk, Nijni Novqorod, Krasnoyarsk, Omsk, Norilsk, Ufa və Həştərxan şəhərlərinə uçuşlar yerinə yetirilir.


Mənbə: apa.az