Milli Məclisin deputatlarına pul mükafatı verilib - MƏBLƏĞ

  • 31 İyul, 2020 13:33
Milli Məclisin deputatlarına pul mükafatı verilib - MƏBLƏĞ

Qurban bayramı ilə əlaqədar Milli Məclisin deputatlarına əlavə pul ödənilib.

“Finans.az” xəbər verir ki, bu barədə “Report”a parlamentdəki mənbə məlumat verib.

Bildirilib ki, Qurban bayramı ilə əlaqədar deputatlara aylıq maaşdan əlavə 549 manat verilib.

Xatırladaq ki, daha əvvəl 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə deputatlara 730 manat məbləğində əlavə pul mükafatı ödənilib.