Milli Məclisdə büdcə müzakirələri başlayıb

  • 5 Noyabr, 2019 11:08
Milli Məclisdə büdcə müzakirələri başlayıb

Bu gün Milli Məclisin komitələrində gələn ilin dövlət və icmal büdcələrinin müzakirələri başlayıb.

“Finans.az” xəbər verir ki, müzakirələrdə dövlət qurumlarının nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat, xərcləri isə 26 913,7 milyon manat məbləğində proqnozlaşdırılır. Bu, 2019-cu ilin proqnozu ilə müqayisədə müvafiq olaraq 4,2% və 6,8% çoxdur. Beləliklə, büdcə kəsri 2 779,2 milyon manat məbləğində gözlənilir ki, bu da illik müqayisədə 37,4% azdır.

Gələn il Azərbaycanın icmal büdcəsinin isə gəlirləri 27 533,1 milyon manat, xərcləri isə 29 488,3 milyon manat məbləğində proqnozlaşdırılır. Son nəticədə icmal büdcəsinin kəsiri 1 955,1 milyon manat təşkil etməlidir ki, bu da gələn il ölkədə gözlənilən ümumi daxili məhsulun (ÜDM) dəyərinin 2,3%-i qədərdir.


Mənbə: report.az