Milli Məclis və Səhiyyə Nazirliyinə məxsus avtomobillər satışa çıxarılır: 3600 manatdan

  • 4 Noyabr, 2019 09:08
Milli Məclis və Səhiyyə Nazirliyinə məxsus avtomobillər satışa çıxarılır: 3600 manatdan

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 3 dekabr 2019-cu il tarixdə keçiriləcək hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

"Finans.az" xəbər verir ki, nəqliyyat vasitələri Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Səhiyyə Nazirliyi və digər dövlət qurumlarına məxsusdur:

S/N

Balanssaxlayıcı müəssisənin adı

Avtonəqliyyat vasitəsinin markası

Buraxılış ili

Start qiyməti

(manatla)

10% beh

(manatla)

1.

Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi

Nissan Maxima

2007

5400

540

2.

Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi

Nissan Maxima (qəzalı)

2007

3600

360

3.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi

Chevrolet Niva

2005

4000

400

4.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi. Mərkəzi Neftçilər Xəstəxanası

Nissan Maxima

2002

5400

540

5.

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

ZİL-431412 ş-də

KC-2571 xüsusi

1989

10000

1000

6.

Azərbaycan Standartlaşdırma İnstitutu Publik Hüquqi Şəxs

Peugeot Partner

2008

5000

500

7.

Azərbaycan Standartlaşdırma İnstitutu Publik Hüquqi Şəxs

FİAT Doblo

2008

4000

400

8.

Azərbaycan Standartlaşdırma İnstitutu Publik Hüquqi Şəxs

Nissan Sunny

2007

4500

450

9.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdiriyyəti

Mercedes Benz Viano

2012

36000

3600

10.

Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin tabeliyində olan “Mərkəzi Klinika” MMC

QAZ-221721

2006

5000

500

Qeyd: 1-2-ci sətirdə Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsinin balansında olan nəqliyyat nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

3-cü sətirdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin balansında olan nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

4-cü sətirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının balansında olan nəqliyyat nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

5-ci sətirdə “Azəristiliktəchizat” ASC-nin balansında olan nəqliyyat nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.

Qeyd:Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

  1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
  2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)