Milli Məclis gələn ilin dövlət büdcəsini qəbul edib

  • 29 Noyabr, 2019 12:20
Milli Məclis gələn ilin dövlət büdcəsini qəbul edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi III oxunuşda qəbul edilib.

"Finans.az" xəbər verir ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat, xərcləri isə 26 894,7 milyon manat məbləğində proqnozlaşdırılır.

Sənəd müzakirə edilib və səsverməyə qoyularaq təsdiqlənib.


Mənbə: report.az