"Milli Kart" prossesinq mərkəzindən "Kapital Bank"a - TRANSFER

  • 6 Noyabr, 2019 13:12

"Milli Kart" MMC-nin Strateji inkişaf və marketing departamentinin rəhbəri Aleksandr Kojevnikov vəzifəsindən ayrılıb.

"Finans.az" xəbər verir ki, o, "Kapital Bank" ASC-də yeni vəzifəyə təyinat alıb.

Məlumata görə, oktyabrda gerçəkləşən təyinat nəticəsində A.Kojevnikov Bankın Rəqəmsal məhsullar mərkəzinin meneceri olub.

Hazırda "Milli Kart"da A.Kojevnikovun yerinə təyinat yoxdur.

Qeyd edək ki, 2018-ci ilin sentyabrından "Milli Kart"da çalışan Aleksandr Kojevnikov ondan öncə "Access Bank" QSC, "Nikoil Bank", ASC, "Bank Standard" QSC və "Bank Respublika" ASC-də çalışıb.


Mənbə: report.az