Milli Depozit Mərkəzinin sədri dəyişib

  • 7 Avqust, 2020 15:06
Milli Depozit Mərkəzinin sədri dəyişib

Milli Depozit Mərkəzinin sədri Araz Əliyev işdən çıxıb.

"Report" xəbər verir ki, o, Azərbaycan Mərkəzi Bankının Sumqayıt Ehtiyat Mərkəzinin direktoru vəzifəsinə təyinat alıb və yeni vəzifəsində Elşən Mahmudovu əvəz edib.

MDM-ə sədrlik isə Adışirin Qasımova həvalə olunub.