Milli Depozit Mərkəzi ötən il 6 min əqdi qeydə alıb

  • 4 Fevral, 2020 14:25
Milli Depozit Mərkəzi ötən il 6 min əqdi qeydə alıb

Milli Depozit Mərkəzi (MDM) 2019-cu ildə 5 998 əqdi qeydə alıb.

“Finans.az” bu barədə MDM-ə istinadən xəbər verir.

Məlumata görə, bunun 4 758-ni birja, 605-ni birjadankənar, 635-ni isə repo əqdi təşkil edib.