Mikayıl Cabbarov: "Gələn il ÜDM-in 3%, növbəti illərdə isə 3,3% artacağı proqnozlaşdırılır"

  • 12 Noyabr, 2019 15:54
Mikayıl Cabbarov:

"Ümumi Daxili Məhsulun gələn il 3%, növbəti illərdə isə 3,3% artacağı proqnozlaşdırılır".

“Finans.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən və büdcə müzakirələrinə həsr olunmuş plenar iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, gələn il üçün inflyasiya 4,6%, sonrakı il üçün isə 4% ətrafında olacağı proqnozlaşdırılır: “Gələn il neft-qaz sektorunda 1,6%, növbəti illərdə isə 3% artımı proqnozlaşdırılır. Bu ilin 9 ayında qeyri-neft senayesində əlavə dəyər 16,6% artıb. Növbəti ildə aqrar sektorda 4,8%, sonrakı 3 ildə orta hesabla 4,3% artım gözlənilir”.

M. Cabbarov bildirib ki, cari ilin 9 ayında Azərbaycana səfər edən xarici vətəndaşların sayı 9,5% artaraq 2,4 mln nəfəri ötüb. Növbəti illərdə yeni turizm zonalarının yaradılması, viza rejiminin sadələşdirilməsi beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, hava əlaqələrinin yaxşılaşdırılması, özəl investisiyaların cəlb edilməsi bu sahənin inkişafına təkan verəcək. Gələn il turizm sektorunda 6%, növbəti 3 ildə isə orta hesabla 5,6% artması gözlənilir. Qarşıdakı illərdə genişzolaqlı internet xidmətlərinin əhatə dairəsi genişləndiriləcək”.


Mənbə: report.az