"MİDA" Yasamalda bina tikintisi üçün investor axtarır

  • 28 Fevral, 2019 09:45

"Mənzil İnşaatı Dövlət Agentliyi" MMC müsabiqə elan edir.

"Finans.az" xəbər verir ki, "MİDA" MMC- Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində çoxmənzilli binaların tikintisi üçün potensial imkanlara malik olan investorları cəlb etmək məqsədilə müsabiqə elan edir.

Müsabiqədə iştirak haqqı 300 manat təşkil edir.

Təkliflər 2019-cu il 18 mart saat 17:00-dək qəbul olunur. Əlaqə nömrəsi: (012 594 54 01 (daxili: 238)).