MİDA-dan alınan sosial evlər kirayə verilir

  • 17 May, 2019 14:41
MİDA-dan alınan sosial evlər kirayə verilir

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində güzəştli şərtlərlə satılan sosial evlər kirayə bazarına çıxarılıb.

“Finans.az” xəbər verir ki, elan saytlarının birində bununla bağlı elan yer alıb.

Həmin mənzilin kirayələnməsində vasitəçi olan Maqsud adlı şəxs mənzilə, elan saytına yerləşdirildiyi gün (mayın 13-ü) müştəri tapıldığını bildirib.

Onun sözlərinə görə, Yasamal rayonunda “ASAN xidmət”in arxasında MİDA-dan alınan 10 mərtəbəli binanın 6-cı mərtəbəsində ümumi sahəsi 80 kv.m. olan 3 otaqlı mənzil kirayənişinə aylıq 400 manata verilib:

“Həmin ev kirayəyə verilib. Amma məndə belə evlər olur. Mən sadəcə olaraq bu evlərin kirayəsini həyata keçirirəm. Bununla bağlı gələcəkdə problem yaranıb-yaranmayacağını bilmirəm. Əgər MİDA-dan alınan evin kirayəyə verilməsi qanunsuzdursa, buna görə məsuliyyəti mən yox, ev sahibi daşımalıdır. Əgər, məndə belə evlərdən yenə olarsa, təqdim edəcəm”.

Məsələ ilə əlaqədar MİDA-ya da müraciət edilib. Agentlikdən bildirilib ki, yalnız sorğu göndərildikdən sonra cavab verə bilərlər.

Qanunvericiliyə əsasən MİDA-dan alınan sosial evlərin üç il müddətində icarəyə və ya kirayəyə verilməsinə məhdudiyyət qoyulub.

Qeyd edək ki, MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində güzəştli şərtlərlə satılacaq 1 654 mənzildən 430-nu artıq vətəndaşlar əldə edib.


Mənbə: report.az