MİDA daha bir bankla əməkdaşlığa başlayıb

  • 5 aprel, 2021 10:18
MİDA daha bir bankla əməkdaşlığa başlayıb

Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus “MİDA” MMC “Turan Bank” ASC ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

"Finans.az" quruma istinadən xəbər veirr ki, bununla da, şirkətin əməkdaşlıq etdiyi kredit təşkilatlarının sayı 6-ya çatıb.

Xatırladaq ki, indiyə qədər Agentlik törəmə şirkəti vasitəsilə "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank BTB", “Kapital Bank” və "Bank VTB Azərbaycan" ASC-lərlə əməkdaşlıq edib.