"Microsoft"un səhmləri kəskin bahalaşıb

  • 20 İyul, 2018 16:43

ABŞ-ın informasiya texnologiyaları nəhəngi "Microsoft" şirkətinin səhmləri bir gün ərzində 4% bahalaşıb.

Finans.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb şirkətin bu ilin II rübünə aid maliyyə göstəriclərinin analitiklərin proqnozlarından yüksək olmasıdır.

Belə ki, şirkət rüb ərzində 30 mlrd. dollar gəlir əldə edib, bunun isə 8,9 mlrd. dollarını xalis mənfəət təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur.


Mənbə: report.az