“Microsoft” ofis proqramlarının qiymətini artırır

  • 5 Oktyabr, 2018 09:30
“Microsoft” ofis proqramlarının qiymətini artırır

“Microsoft” korporasiyası bu ayın 18-dən “Microsoft Office 365” proqramlarının lisenziya haqqını 30% artıracaq.

"Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu bahalaşma bütün dünya üzrə baş verəcək.

“Microsoft Office 365” proqramları paketinə “Word”, “Excel”, “PowerPoint”, “Outlook”, “OneNote”, “OneDrive”, həmçinin “Publisher” и “Access” daxildir. Lisenziya üzrə paket yalnız bir kompüter, planşet və ya telefona quraşdırıla bilər. Lisenziya alarkən istifadəçi həmdə 1 terabaytlıq bulud saxlancı və “Skype”dan stasionar və ya mobil telefonlara zəng üçün 60 danışıq dəqiqəsi əldə edir.