"Microsoft" ekologiyanı qorumaq üçün süni intelekt əsaslı platforma istifadəyə verdi

  • 16 Aprel, 2020 13:55

"Microsoft" insanlara yerin ekosistemində baş verən dəyişiklikləri izləməyə imkan verəcək süni intelek əsaslı "Planetar kompüter" platformasını istifadəyə verdi.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin yaydığı məlumata əsasən "Microsoft Azure" buludunun bazasında fəaliyyət göstərən platforma müxtəlif mənbələrdən alınan külli miqdarda məlumatların təhlilini həyata keçirir. Bu məlumatlar əsasında ekosistemdəki dəyişiklikləri izləyərək təbii ehtiyyatlardan istifadəyə dair daha rasional qərarlar qəbul etmək mümkün olacaq.

Xatırladaq ki, platformanın yaradılması "Microsoft" qlobal ekoloji təşəbbüsünün davamıdır. Şirkət iqlim innovasiyalarının inkişafına 1 milyard ABŞ dolları investisiya edəcəyini bəyan edib.