"Microsoft"dan xəbərdarlıq: "Internet Explorer"dən istifadə etməyin

  • 11 Fevral, 2019 11:34

İnternetin ilk veb brauzerlərdən biri olan "Internet Explorer" haqqında vacib bir xəbərdarlıq edilib.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, xəbərdarlıq "Microsoft"un ilk dəfə 1995-ci ildə buraxdığı və 2015-ci ildə inkişaf etdirilməsini dayandırdığı "Internet Explorer"in təhlükəsizlik səbəblərindən artıq istifadə edilməməsi ilə bağlıdır.

"Microsoft"un kiber təhlükəsizlik sahəsindəki proqram mütəxəssisi Chris Jackson "Windows"un rəsmi blogunda "Internet Explorer"dən veb brauzer olaraq istifadə etmənin təhlükələri adı altında yazı paylaşıb. Mütəxəssis "Internet Explorer"dən istifadəni dayandırmağı və təhlükəsizlik baxımından digər veb-brauzrlərdən istifadə etməyi məsləhət görüb.