"Xiaomi Mi Mix 4"ün əsas özəllikləri ortaya çıxdı

  • 18 May, 2019 11:12

2019-cu ilin üçüncü rübündə tanıdılması gözlənilən "Xiaomi"nin yeni modeli "Mi Mix 4"ün əsas özəllikləri ortaya çıxıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, "Twitter"da paylaşılan məlumatda yeni modelin texniki detalları məlum olub. Snapdragon 855 prossesoru ilə təchiz olunan "Mi Mix 4" 16 GB RAM və 1 TB saxlama yaddaşına malik olacaq. 120Hz yenilənmə sürətinə malik model 2K AMOLED ekrana sahib olacaq. Yeni modelin batareya gücü isə 4500 mAh təşkil edir.

Əsas kamerasının 64 MP olacağı iddia edilən "Mi Mix 4"də neçə kameranın yerləşdiriləcəyi məlum deyil.