Meyvə-tərəvəz ixracından qazancımız 76 milyon dollar olub

  • 15 Mart, 2019 09:25
Meyvə-tərəvəz ixracından qazancımız 76 milyon dollar olub

2019-cu ilin ilk 2 ayı ərzində Azərbaycan 75 mln. 972,49 min ABŞ dolları dəyərində 79 min 114,66 ton meyvə-tərəvəz ixrac edib.

Bu barədə “Finans.az” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 30,1%, həcm olaraq 38,2% artım qeydə alınıb. Bu məhsulların ümumi ixracdakı payı 2,64%-dən 2,41%-ə enib.

Eyni dövrdə Azərbaycana 36 mln. 359,98 min dollar dəyərində 70 min 070,10 ton meyvə-tərəvəz idxal olunub.

2017-ci ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə kəmiyyət ifadəsində 23,1%, dəyər olaraq 14,7% artım qeydə alınıb.