Metroda bəzi qatarlar gecikir - SƏBƏB

  • 22 Sentyabr, 2020 11:41
Metroda bəzi qatarlar gecikir - SƏBƏB

"Bakı Metropoliteni" QSC-nin "Nəriman Nərimanov” və “Ulduz” stansiyaları arasında qatarların hərəkətini tənzimləyən işıqforda baş vermiş nasazlığa görə, hazırda hərəkətdə gecikmələr müşahidə olunur.

Bu barədə “Finans.az”a qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bəzi qatarların gecikməsi 2-3 dəqiqəyə çatır, əksər qatarlar isə interval göstəricisinə uyğun hərəkət edir.