"MET-AK" 10% gəlir gətirən istiqraz buraxır

  • 15 Aprel, 2019 11:45

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "MET-AK" MMC -nin faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.

“Finans.az” xəbər verir ki, emissiya hər birinin nominal dəyəri 1000 manat olan 3000 ədəd sənədsiz adlı istiqrazların dövriyyəyə buraxılmasını nəzərdə tutur.

İstiqrazlar illik 10% gəlirliliklə yerli valyutada təklif olunur.