"Messenger"in bu funksiyası "İOS" yenilənməsində təqdim olunacaq

  • 8 Noyabr, 2018 16:08

Artıq çox yaxın zamanda göndərilmiş mesajları pozmaq üçün Messenger-ə "Unsend" funksiyası əlavə olunacaq. Bu yeni funksiya vasitəsilə göndərməyi ləğv etmək istədiyiniz və səhvən göndərilmiş mesajları qarşı tərəfdəki şəxs görmədən silmək mümkün olacaq.

"Finans.az" xəbər verir ki, yeni funksiya "İOS"un 191.0 versiyasında istifadəçilərə təqdim olunacaq.

"Facebook" mesajların silinməsi üçün istifadəçilərə 10 dəqiqə vaxt verəcək.

Qeyd edək ki, "Messenger"də "Unsend" funksiyası hələ Oktyabr ayında test olunurdu. Sözügedən funksiyanın istifadəyə verilməsinin dəqiq vaxtı hələki istifadəçilərə bildirilməyib.