Yerli şirkət Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat köçürdü

  • 21 Mart, 2020 14:36
Yerli şirkət Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat köçürdü

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin kollektivi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, ölkə iqtisadiyyatına, əhalinin sağlamlığı və rifahına dəstək olmaq məqsədi ilə Prezident İlham Əliyevin sahibkarlıq subyektlərinin sosial məsuliyyət, sosial həmrəylik nümayiş etdirmələri barədə tövsiyələrinə tam dəstək olaraq bu istiqamətdə təşəbbüslərini davam etdirir.

"Finans.az" xəbər verir ki, şirkət Koronovirusla Mübarizəyə Dəstək Fonduna 1 000 000 manat məbləğində vəsait köçürüb.

Bununla bağlı korporasiyanın Müşahidə Şurası qərar qəbul edib.

Qeyd edək ki, Prezident İlham Əliyev martın 19-da koronavirus pandemiyasına qarşı mübarizənin gücləndirilməsi, dünya bazarlarında baş verən kəskin dalğalanmaların əhaliyə, makroiqtisadi sabitliyə, məşğulluq və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Fərman imzalayıb. Fərmana əsaəsn, Koronovirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.