Məşhur italyan brendi 700 milyon dollar dəyər itirdi

  • 18 Mart, 2019 09:53
Məşhur italyan brendi 700 milyon dollar dəyər itirdi

Çin iqtisadiyyatında artımın zəifləməsi bir sıra şirkətlərlə bərabər İtalyan brendi "Prada"nın da satışlarına mənfi təsir göstərib.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin əməliyyat gəlirləri 10% azalaraq 323,8 milyon avroya (366 milyon dollar) düşüb. Qeyd edək ki, analitiklər şirkətin gəlirlərinin 378 milyon avro olacağını proqnozlaşdırmışdı. Şirkətin əməliyyat gəlirləri 4 il ərzində 66% azalıb.

Gəlirlərinin azalmasının ardından məşhur brendin səhmləri Honkonq birjasında 9,2% dəyər itirib. Ümumilikdə, şirkətin səhmləri ötən il ilə müqayisədə 36% ucuzlaşıb. Bununla da şirkətin dəyəri 700 milyon dollar azalıb.