Dövlət Məşğulluq Xidməti ilə bağlı tənqid: "Ən aşağı səviyyəli işlər təklif edilir"

  • 18 Sentyabr, 2019 16:45
Dövlət Məşğulluq Xidməti ilə bağlı tənqid:

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Rauf Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin fəaliyyətini tənqid edib.

“Finans.az” xəbər verir ki, deputat deyib ki, xidmət müraciət edən şəxsə ən aşağı səviyyəli işləri təklif edir: “Həmin şəxs də deyir ki, ali təhsilliyəm. Ona görə də təklif edilən işdən imtina edir. Beləliklə, həmin vətəndaş işsiz qalır. Bu məsələyə hansısa formada baxılmalıdır”.


Mənbə: report.az