Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

  • 29 Avqust, 2018 17:37
Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

29 Avqust 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101270S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Finans.az xəbər verir ki, hərrac zamanı 9 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01%) ilə 99.3812 AZN (8.01%) arasında olan 16 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 347 460 600 AZN olmuşdur.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində yerləşdirilmiş istiqrazların ortaçəkili qiyməti 99.3812 AZN (8.01%), istiqrazların yerləşdirilmiş həcmi isə 200 000 000 AZN təşkil etmişdir.


Mənbə: bfb.az