Mərkəzi Bankın notlarının gəlirliliyi kəskin azalıb

  • 3 May, 2019 09:55
Mərkəzi Bankın notlarının gəlirliliyi kəskin azalıb

Azərbaycan Mərkəzi Bankının bu günə dövriyyədə 852,43 milyon manatlıq notu var.

“Finans.az” xəbər verir ki, bu, aprelin 25-i ilə müqayisədə 21,94 milyon manat və yaxud 2,51% azdır.

Son 1 həftə ərzində AMB-nin notlarının illik gəlirliliyi isə 2,15 faiz bəndi azalaraq 6,76%-ə düşüb.

Xatırladaq ki, tənzimləyici qurumun İdarə Heyətinin qərarı ilə bu həftədən Azərbaycanda faiz dəhlizinin parametrləri 0,25 faiz bəndi azaldılıb.


Mənbə: report.az