Mərkəzi Banka məxsus notların gəlirliliyi artıb

  • 16 Avqust, 2018 16:35
Mərkəzi Banka məxsus notların gəlirliliyi artıb

Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə dövriyyədə olan notlarının məbləğini açıqlayıb.

Finans.az xəbər verir ki, sözügedən göstərici avqustun 15-nə 1,05 mlrd. manat təşkil edib.

Bu, ayın əvvəli ilə müqayisədə 50 mln. manat çoxdur. Xatırladaq ki, AMB-nin dövriyyədə olan notlarının məbləği bu il mayın 4-də 1 mlrd. manata çatıb və təxminən 3 ay ərzində bu rəqəm dəyişməyib.

Qurum notlarının gəlirliliyini də açıqlayıb. Məlum olub ki, avqustun 8-dən 15-nə qədərki 1 həftə ərzində qiymətli kağızların illik faiz dərəcəsi 0,47 faiz bəndi artaraq 8,48%-ə yüksəlib. Xatırladaq ki, notların gəlirliliyi bu il fevralın 20-dən bəri 8,01% idi.


Mənbə: report.az