Mərkəzi Bankı uçot dərəcəsi qərarını açıqladı

  • 19 Mart, 2020 15:35
Mərkəzi Bankı uçot dərəcəsi qərarını açıqladı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,25% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

"Finans.az" AMB-yə istinadən xəbər verir ki, faiz dəhlizinin yuxarı həddi 9% saxlanılıb, aşağı həddi isə 5,5%-dən 6,75%-ə qaldırılıb.

"Yaranmış vəziyyətdə AMB qlobal mühitdə və ölkə iqtisadiyyatında gedən prosesləri gündəlik əsasda monitorinq edir, xarici şokun ölkə iqtisadiyyatına təsirlərinin miqyasını qiymətləndirmək üçün davamlı təhlillər aparır", - qurum bəyan edib.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə mayın 1-də baxacaq.