Mərkəzi Bankdan manat - AÇIQLAMASI

  • 16 May, 2019 09:24
Mərkəzi Bankdan manat - AÇIQLAMASI

"Manatın məzənnəsinin sabit qalması üçün hazırda Azərbaycanda bütün makroiqtisadi əsaslar mövcuddur".

"Finans.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanın valyuta ehtiyatları və qlobal bazardakı sabitlik imkan verir ki, manatın sabitliyi qorunsun: "Mövcud şərait ilin sonuna qədər manatın məzənnəsinin sabitliyinin təmin olunmasına imkan verir".