Mərkəzi Banka daha 2 baş direktor təyin edildi

  • 17 Yanvar, 2020 16:36
Mərkəzi Banka daha 2 baş direktor təyin edildi

Azərbaycan Mərkəzi Bankının baş direktorlarının sayı 4-dən 6-ya çatdırılıb.

“Finans.az” xəbər verir ki, bunlar qurumun ləğv edilmiş Bazar əməliyyatları və Risklərin idarə edilməsi departamentlərinin direktorları Əli Əhmədоv və Toğrul Əliyevdir.

Xatırladaq ki, bu günlərdə AMB-nin strukturu dəyişib.



Mənbə: report.az