Mərkəzi Bank və "MasterCard" rəqəmsal tərəfdaşlıq sazişi imzalayıb

  • 7 iyul, 2021 16:27
Mərkəzi Bank və

Azərbaycanda 2018-2020-ci illəri əhatə edən Nağdsız hesablaşamlar üzrə Dövlət proqramının başa çatmasından sonra "MasterCard" şirkəti Azərbaycan Mərkəzi Bankı ilə Rəqəmsal tərəfdaşlıq sazişi imzalayıb.

“Finans.az” xəbər verir ki, bunu "MasterCard"ın Azərbaycandakı nümayəndəsi Erdem Çakar deyib

O bildirib ki, bu tərəfdaşlıq tərəflərin nağdsız iqtisadiyyata sürətli keçidin davam etməsinə bağlılığını vurğulayır və 2025-ci ilədək davam edəcək:

"Nağdsız hesablaşmaların əsasında rəqəmsal texnologiyalar dayanır. Tərəfdaşlıq 5 illik müddətdə rəqəmsal transformasiya ilə bağlı yol xəritəsini əhatə edir. KOB-ların rəqəmsal inkişafı, kibertəhlükəsizlik və süni intellekt, ağıllı şəhərlər və turizm kimi sferaları nəzərdə tutan tərəfdaşlıq Azərbaycan iqtisadiyyatının rəqəmsallaşmasına töhfə verəcək".


Mənbə: az.trend.az