Mərkəzi Bank sığortaçı axtarır - ELAN

  • 20 İyun, 2019 09:02
Mərkəzi Bank sığortaçı axtarır - ELAN

Mərkəzi Bank açıq tender elan edir.

"Finans.az" xəbər verir ki, tender Mərkəzi Bankın balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortasından ibarət olan birləşdirilmiş sığorta xidmətlərinin alınması məqsədi ilə keçirilir.

İddiaçılar tender təkliflərini 2 avqust 2019-cu il saat 18:00-a qədər Mərkəzi Bankın Bakı şəhəri, R. Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasına təqdim etməlidir. Tender proseduru 5 avqust 2019-cu il saat 15:00-da eyni ünvanda keçiriləcək.

Tenderdə iştirak haqqı 300 manatrdır.