Mərkəzi Bank əhali arasında sorğu keçirəcək

  • 14 Yanvar, 2021 11:47
Mərkəzi Bank əhali arasında sorğu keçirəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusunun keçirilməsi üçün açıq tender elan edib.

“Finans.az” xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.

İddiaçılar ilkin sənədləri fevralın 5-i, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə fevralın 15-I, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun şöbə rəisi Məlik Mövsümzadədir.

Tenderin nəticəsi fevralın 16-da, saat 15:00-da Portalda açıqlanacaq.


Mənbə: report.az