“Meqa Sığorta” nizamnamə kapitalını 60%-ə yaxın artırır

  • 5 Avqust, 2019 14:43
“Meqa Sığorta” nizamnamə kapitalını 60%-ə yaxın artırır

“Meqa Sığorta” ASC nizamnamə kapitalını 8,5 milyon manat və yaxud 58,6% artıraraq 14,5 milyon manatdan 23 milyon manata çatdıracaq.

“Finans.az” xəbər verir ki, kapital artımı ilə bağlı qərar “Meqa Sığorta”nın səhmdarlarının iyunun 11-də keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib. Qərara əsasən, dövriyyəyə hər birinin nominal dəyəri 5 min manat olan 1 700 yeni səhm buraxılacaq. Qiymətli kağızları şirkətin mövcüd səhmdarları, paylarına uyğun şəkildə əldə edəcəklər. Yəni, səhmdarların pay bölgüsü dəyişməyəcək.


Mənbə: report.az