"Meqa Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

  • 20 Oktyabr, 2020 09:56

Noyabrın 19-da, saat 10:00-da “Meqa Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Finans.az" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 19A ünvanında olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19%-i Rauf Əliyevə (“Rabitəbank” ASC-nin 30%-lik səhmdarı), 19%-i Nəzakət İsmayılovaya, 19%-i Zaur Quliyevə, 14%-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10%-i Zeynal Əliyevə, 10%-i Faiq Şahəliyevə (10%), 9%-i isə Yaşar Əliyevə məxsusdur.


Mənbə: report.az