“Meqa Həyat Sığorta”ya lisenziya verilib

  • 23 Fevral, 2021 11:38
“Meqa Həyat Sığorta”ya lisenziya verilib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə fevralın 19-da "Meqa Həyat Sığorta” ASC-yə 5 il müddətinə lisenziya verilib.

“Finans.az” bu barədə AMB-yə istinadən xəbər verir.

Bununla da, ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin sayı 20-dən 21-ə, həyat sığortası şirkətlərinin sayı isə 4-dən 5-ə çatıb.

Xatırladaq ki, "Meqa Həyat Sığorta" 2019-cu ildə yaradılıb. Şirkət yeganə səhmdarı "Meqa Sığorta" ASC ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 19-da fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 11 milyon manatdır.