Məktəblərə nəqliyyat vasitələri verilə bilərmi? - NAZİRDƏN AÇIQLAMA

  • 17 Oktyabr, 2019 12:29
Məktəblərə nəqliyyat vasitələri verilə bilərmi? - NAZİRDƏN AÇIQLAMA

"Ayrı-ayrı məktəblərə nəqliyyat vasitələrinin verilməsi gündəmdə deyil".

"Finans.az" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov oktyabrın 17-də Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Bakı və digər rayon icra hakimiyyətlərində bu məsələlərin düzgün planlaması və tənzimlənməsi müzakirə edilir: "Yeni ərazilərin planlaşdırılması zamanı bu məsələlər diqqət mərkəzində saxlanılmalıdır. Bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən layihələr var. Şagird kontingentinin sıxlığına və gediş-gəlişi ilə bağlı problemləri əsasən kortəbii inkişaf edən ərazilərdə müşahidə edirik. Əfsus ki, belə ərazilər mövcuddur".