Məhkəmə qərarından sonra "Bayer"in səhmləri 12% ucuzlaşdı

  • 21 Mart, 2019 14:40
Məhkəmə qərarından sonra

Almaniyanın əczaçılıq şirkəti “Bayer”in səhmləri 12% ucuzlaşıb.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb artıq ikinci dəfədir ki, ABŞ məhkəməsinin şirkətin istehsal etdiyi “Roundup” herbesidin xərcəngin yaranmasına gətirib çıxarması haqda nəticəyə gəlməsi olub.

Qeyd olunur ki, 19 martda San-Fransisko Federal Məhkəməsi “Roundup”ın iddiaçı Edvin Hardimenin xərçəngə tutulmasında əhəmiyyətli faktor olduğunu qət edib.

Xatırladaq ki, əvvəlki iddia üzrə məhkəmə “Bayer”ə 39 milyon ABŞ dolları həcmində cərimə təyin edib. Bütövlükdə isə ABŞ-da alman şirkətinə qarşı 11 min analoji məhkəmə iddiası qaldırılıb.