MDB ölkələri arasında iqtisadi məsələlər müzakirə olunub

  • 13 Mart, 2020 14:59
MDB ölkələri arasında iqtisadi məsələlər müzakirə olunub

Martın 13-də Moskva şəhərində MDB İqtisadi Şurasının 85-ci iclası keçirilib.

“Finans.az” xəbər verir ki, iclasda Baş nazirin birinci müavini Yaqub Eyubovun başçılıq etdiyi nümayəndə heyəti, həmçinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak ediblər.

İclasda “MDB üzv ölkələrinin 2030-cu ilədək nəqliyyat sahəsindəki əmkdaşlığın öncül istiqamətləri” layihəsi müzakirə olunub. MDB məkanında inteqrə nəqliyyat sisteminin inkişaf etdirilməsini, üzv ölkələrin nəqliyyat potensialından səmərəli yararlanmasını nəzərdə tutan sənəddə nəqliyyatda rəqəmsallaşma, nəqliyyatın ətraf mühitə mənfi təsirinin azaldılması, nəqliyyatda təhlükəsizlik sahəsindəki əməkdaşlıq kimi məsələlərə aid müddəalar var.

Həmçinin MDB üzv ölkələri arasında razılaşdırılmış sosial və demoqrafiya siyasəti konvensiyasının həyata keçirilməsinə dair tədbirlər planı layihəsi də müzakirə mövzusu oldu.

İclasın gündəliyində habelə MDB-də 2021-ci il – Memarlıq və Şəhərsalma İli ilə bağlı tədbirlər planı layihəsi, “MDB üzv dövlətləri arasında 2020-ci ilədək innovasiyalı əməkldaşlığın dövlətlərarası proqramının iştirakçı dövlətlərində innovasiyaların komersiyalaşdırma mərkəzi statusunun verilməsi haqqında”, habelə “MDB-nin 2019-cu ildə məhsul və xidmət keyfiyyəti sahəsindəki nailiyyətlərə görə mükafatın təyin olunması haqqında” məsələlər də var.


Mənbə: report.az