“McDonald's” səhm sahiblərini sevindirir

  • 21 Sentyabr, 2018 16:11
“McDonald's” səhm sahiblərini sevindirir

Dünyaca məşhur restoranlar şəbəkəsi “McDonald's” səhm sahiblərinin dividendlərinin 15% artırıması barədə qərar qəbul edib.

“Finans.az” xəbər verir ki, şirkət bu qərarını biznesin inkişafı və ABŞ vergi qanunverciliyindəki dəyişikliklərlə əlaqələndirib.

Bu günə qədər “McDonald's” səhm sahiblərinə hər səhmə görə 1,01 dollar ödəyib. Növbəti rübdə bu rəqəm 1,16 dollaradək bahalaşacaq. Nəticədə şirkət 2018-ci ilin sonunda dividendlərin ödənilməsinə təxminən 900 mln. dollar xərcləyəcək.

Şirkət menecmentinin sözlərinə görə, pul axının kifayət qədər olması biznesə investisiya etməyə imkan verir. Şirkətin hesablamalarına görə, şəbəkənin bütün restoranlarında satış artımı 3%-5% təşkil edəcək. Səhmlər sayəsində mənfəət isə 10%-dən çox olmamamaqla yüksək templə artacaq.