“MCB” BOKT lisenziya almaq üçün Palataya müraciət edib

  • 24 May, 2019 12:20
“MCB” BOKT lisenziya almaq üçün Palataya müraciət edib

2009-cu ildən fəaliyyət göstərən “MCB Lizinq” QSC-nin bazasında yaradılmış “MCB” bank olmayan kredit təşkilatı (BOKT) lisenziya almaq üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) müraciət edib.

"Finans.az" xəbər verir ki, bu barədə maliyyə qurumunun lizinq əməliyyatları departamentinin rəhbəri Rövşən Hacıyev məlumat verib.

“Ötən gün BOKT lisenziyası almaq üçün lazımi sənədləri Palataya təqdim etdik. Hazırda cavab gözləyirik”, - o qeyd edib.

Xatırladaq ki, Vergilər Nazirliyi yeni kredit təşkilatını bu il aprelin 4-də dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı (Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, məhəllə 1 054, ev 49B), nizamnamə kapitalı (4 283 675 manat) və qanuni təmsilçisi (Rəmal Cəfər oğlu Cəfərov) “MCB Lizinq”lə eynidir.


Mənbə: report.az