MB neft fonduna Avropa aktivlərinə investisiyaları azaltmağı tövsiyə edib - Norveçdə

  • 27 Avqust, 2019 17:58
MB neft fonduna Avropa aktivlərinə investisiyaları azaltmağı tövsiyə edib - Norveçdə

Norveçin Mərkəzi Bankı (MB) Dövlət Pensiya Fonduna (həmdə Neft Fondu, dünyanın ən böyük milli rifah fondudur) Avropa şirkətlərinin səhmlərinə investisiyaları azaltmağı və Şimali Amerika şirkətlərinin payını artırmağı tövsiyə edib.

"Finans.az" xarici KİV-ə istinadən xəbər veri ki, MB-nin "Norges Bank Investment Management" bölməsi Neft Fondunun vəsaitlərinin idarə olunmasına cavabdehdir.

Qeyd edilir ki, fond sonuncu dəfə investisiyaların regional strukturunu 2012-ci ildə dəyişib. Həmin vaxt Avropa şirkətlərinin səhmlərinin payına investisiyaların yarısı, Şimali Amerika kağızlarının - 35%-i düşürdü. İndi bu nisbət müvafiq olaraq 34% və 41% təşkil edir.

MB isə Avropa investisiyalarının payını 20%-ə kimi endirməyi, Şimali Amerika - 48%-ə kiimi artırmağı tövsiyə edir.