"Mazda"nın bu modelində problem var

  • 29 Avqust, 2019 17:55

"Mazda" avtomobil istehsalçısı Rusiyada "Mazda CX-5" modelindən olan 92 krossoverini geri çağırır.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, tədbir 2014-cü ilin dekabr ayında 2016-cı ilin yanvarına kimi satılan avtomobillərə şamil edilir və təhlükə haqda siqnal mexanizmindəki mümkün problemlərlə bağlıdır.

Xatırldaq ki, iyunda Rusiyada 938 "Mazda 6" və "Mazda CX-5" avtomobilini geri çağırıb.