Masazır qəsəbəsində və 2 rayonda qaz kəsiləcək

  • 4 Oktyabr, 2019 10:06
Masazır qəsəbəsində və 2 rayonda qaz kəsiləcək

Bu gün səhər saat 10:00-dan etibarən Abşeron rayonu Masazır qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırma işləri aparılacaq və bu zaman qəsəbənin qaz təchizatında fasilələr yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyindən “Finans.az”a verilən məlumata görə, saat 10:00-dan etibarən SOCAR-ın “Qaz İxrac” İdarəsi yüksək təzyiqli qaz xəttini mənbəyə birləşdirərkən isə Zərdab rayonunun mərkəzi və bir neçə yaşayış mənqəsinin qaz təchizatı dayandırılacaq. Bundan başqa saat 10:00-dan 16:00-dək Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində “Ordahal-Yardımlı” magistral qaz xəttinin 8-ci km-liyində qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi ilə bağlı qaz təminatında fasilələr olacaq.