Manatın orta məzənnəsi açıqlandı

  • 18 May, 2019 10:13
Manatın orta məzənnəsi açıqlandı

Bu ilin yanvar-aprel aylarında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata bərabər olub.

“Finans.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan manatının 1 avroya nisbətən məzənnəsi 1,93 manata, 100 rus rubluna – 2,59 manata bərabər olub.