Manatın nominal və real effektiv məzənnələri artıb

  • 8 İyun, 2019 10:00
Manatın nominal və real effektiv məzənnələri artıb

Bu ilin aprel ayının yekununda Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 73,3 bənd təşkil edib.

“Finans.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, mart ayının yekunu ilə müqayisədə 0,9 bənd çox, ötən ilin aprel ayının yekununa nisbətən isə 7,9 bənd çoxdur.

Bu il mayın 1-nə manatın real effektiv məzənnəsi isə 100,3 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,7 bənd, illik müqayisədə isə 8,1 bənd çoxdur.