Manat xarici valyutalar qarşısında bahalaşıb

  • 21 Fevral, 2020 09:45
Manat xarici valyutalar qarşısında bahalaşıb

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

"Finans.az" xəbər verir ki, avronun məzənnəsi 0,03% azalaraq 1,8352 manat, Rusiya rublunun məzənnəsi isə 0,75% azalaraq 0,0265 manat təşkil edib. Türk lirəsinin məzənnəsi isə 0,35% azalaraq 0,2784 manat olub.

ValyutaMəzənnə
1 ABŞ dolları1.7000
1 Avro1.8352
1 Rusiya rublu0.0265