Manat xarici valyutalar qarşısında bahalaşıb

  • 15 Yanvar, 2020 09:33
Manat xarici valyutalar qarşısında bahalaşıb

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

"Finans.az" xəbər verir ki, avronun məzənnəsi 0,04% azalaraq 1,8925 manat, Rusiya rublunun məzənnəsi isə 0,72% azalaraq 0,0276 manat təşkil edib. Türk lirəsinin məzənnəsi isə 0,17% azalaraq 0,2888 manat olub.

ValyutaMəzənnə
1 ABŞ dolları1.7000
1 Avro1.8925
1 Rusiya rublu0.0276