Manat xarici valyutalar qarşısında bahalaşıb

  • 7 Fevral, 2020 09:39
Manat xarici valyutalar qarşısında bahalaşıb

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

"Finans.az" xəbər verir ki, avronun məzənnəsi 0,13% azalaraq 1,8669 manat, Rusiya rublunun məzənnəsi isə 0,74% ucuzlaşaraq 0,0269 manat təşkil edib. Türk lirəsinin məzənnəsi isə 0,07% azalaraq 0,2839 manat olub.

ValyutaMəzənnə
1 ABŞ dolları1.7000
1 Avro1.8669
1 Rusiya rublu0.0269